Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


29.09.2020  09:02 

“Gecə ərzində gərgin döyüşlər davam edib” - Müdafiə Nazirliyi





A+  A-

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.

Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.

Xəbər 1527 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +