Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


23.09.2020  15:49 

Cimerlik.az fəaliyyətini dayandırdı





A+  A-

Pandemiya dövründə çimərlik mövsümü ilə bağlı yaradılmış cimerlik.az portalı mövsümün bitməsi ilə əlaqədar fəaliyyətini dayandırıb.
Bu barədə XəzərNews.az-a ASAN Xidmətdən məlumat daxil olub.

Çimərliklərin fəaliyyətdə olduğu dövr üzrə avqustun 5-dən sentyabrın 15-dək ümumi giriş sayı 724, 266 nəfər olub, o cümlədən avqust ayı üzrə 578, 395 nəfər və sentyabr ayı üzrə isə 145, 871 nəfər təşkil edib.

Fəaliyyətin təşkil olunması zamanı “ASAN xidmət” tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət təmin edilib.

Qeyd edək ki, COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində istifadə üçün yararlı olan 120 çimərlik müəyyənləşdirilmişdi. Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilmişdi

Xəbər 2010 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +