Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


07.08.2018  17:05 

“Bu ay işıq pulu çox gəlib” iddialarına - Rəsmi cavab





A+  A-

Bu gün sosial şəbəkələrdə maraqlı iddia irəli sürülüb. 100-dən çox istifadəçi eyni məzmunlu şikayətlərində elektrik enerjisinin bu aykı sərfiyyatında şübhəli məqamların olduğunu qeyd ediblər. Belə ki, iddiaya görə, iyun ayı ilə müqayisədə iyul ayında da eyni dərəcədə məişət avadanlıqlarından istifadə etsələr də, ötən ay işıq pulu çox gəlib.
XəzərNews.az məsələyə aydınlıq gətirmək üçün “Azərişıq”a müraciət edib. Qurumun sözçüsü Tanrıverdi Mustafayev burada hər hansı şübhəli məqamın olmadığını bildirib: “Elektrik enerjisindən istifadəyə görə təyin edilən məbləğ sərfiyyata görə hesablanır. Demək ki, bu ay sərfiyyat çox olub. Həm də burada Tafir Şurasının qərarı ilə 300 kilovattdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Sərfiyyat aylıq həmin normanı keçdikdə ödəniş üçün təyin olunan məbləğdə fərq hiss oluna bilər. Amma sayğaclara hər hansı müdaxilə mümkün deyil. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin sayğacı laboratoriyada yoxlaya bilərik”.

T.Mustafayev “Azərişıq” tərəfindən quraşdırılan və hazırda vətəndaşların istifadə etdiyi sayğaclara kibermüdaxilənin də qeyri-mümkün olduğunu bildirib: “Hər şey nəzarət altındadır”.

Xəbər 1525 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +