Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


23.08.2023  10:05 

İrandan 19 kq narkotik vasitə göndərildi, amma...





A+  A-

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 19 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Astara rayon sakinləri Elçin Əbilov, Orxan Qəmbərov və Elşən Babayev saxlanılıblar. Onlardan 4 kiloqram heroin, 3 kiloqram metamfetamin, 10 kiloqram tiryək olmaqla ümumilikdə 17 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əlizadə saxlanılıb. Bu şəxsdən isə 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin İranda yaşayan narkotacirlər vasitəsilə narkokuryerliyə cəlb edildikləri müəyyən edilib.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 41 ədəd tüfəng aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Xəbər 1207 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +