Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


09.09.2021  09:46 

Bayden Tramp tərəfdarlarını işdən çıxarmaq istəyir





A+  A-

ABŞ Prezidenti Co Baydenin Administrasiyası eks-prezident Donald Tramp tərəfindən təyin olunmuş ABŞ hərbi akademiyalarının məşvərət şuralarının üzvlərinin könüllü şəkildə istefa vermələrini tələb edir.
XəzərNews.az xəbər verir ki, bu barədə CNN teleşirkəti mənbələrinə istinadən bildirib.

Onun məlumatına görə, müvafiq məktubları 11 nəfər alıb, onlardan bəziləri keçmiş amerikalı liderin administrasiyasında yüksək vəzifələr tuturdu. Xüsusilə söhbət Ağ Evin keçmiş mətbuat katibi Şon Spayser, Trampın keçmiş məsləhətçisi Kellien Konuey, həmçinin respublikaçının milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Herbert Makmasterdən gedir. Onlar ötən ilin sonunda Trampın bir neçə digər tərəfdarı ilə yanaşı, respublikaçı tərəfindən ABŞ Hərbi Dəniz Qüvvələri, ABŞ Hərbi Hava Qüvvələri və ABŞ Hərbi akademiyalarının məşvərət şuralarının üzvləri təyin olunmuşdular.

CNN xəbər verir ki, Bayden Administrasiyası Tramp tərəfindən təyin edilmiş məsləhət şurasının üzvlərindən könüllü olaraq istefa verməyi tələb edir. Əks təqdirdə, onlar işdən azad olunacaqlar. Teleşirkətin məlumatına görə, müvafiq bildirişləri alan Tramp tərəfdarlarının bəziləri tutduqları vəzifədən getməkdən imtina etdiklərini, üç il müddətinə təyin olunduqlarını bildiriblər.

“Business Insider” nəşri isə öz növbəsində Ağ Evin mətbuat katibi Cen Psakiyə istinadən xəbər verir ki, bununla Bayden bu vəzifələrin ixtisaslı insanlar tərəfindən tutulmasına çalışır.

Xəbər 2364 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +