Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


12.11.2019  11:48 

“İllərdir çirkab suları insanların evinə dolur...” - Şikayət





A+  A-

Altı ay əvvəl ictimailəşdirən problemlə bağlı heç bir qurum məsuliyyəti üzərinə götürmür. Bu ilin aprel ayında Binəqədi sakinlərinin müraciəti əsasında qəsəbədə hökm sürən acınacaqlə vəziyyət, natəmizlik və sistemsizliklə bağlı reportaj hazırlamışdıq. Belə ki, 3-cü mədən, 124-cü korpusda yaşayan əhalinin təbii gölü icra hakimiyyəti tərəfindən zibil tullantıları hesabına qurudulub. Buna görə də ərazidə antisanitariya ucbatından uşaqlar tez-tez infeskiya xəstəliklərinə tutulurlar. “Azərsu” isə kanalizaiya xətləri çəkmədiyi üçün yerin üstü ilə kanalla axıdılan sular mütəmadi olaraq daşır və çirkab suları insanların evlərinə dolur.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”ya yenidən müraciət edən sakinlər bu dəfə rəsmi qurumların onlara cavablarını təqdim ediblər. Həmin ərazinin abadlaşdırılaraq orada park, məktəb, polikilinika və ya uşaqlar üçün oyun meydançası tikiləcəyi deyilsə də, bunlar xəyal olaraq qalıb.

Sakinlər bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun prezidentin qəbulunda olandan sonra icra başçılarına müraciət edərək hər bir sakinin problemini öz problemləri kimi qəbul edilməsinin vacibliyini vurğulamasından ümidlənən məhəllə sakinləri dərdlərinə çarə tapılmasını xahiş ediblər: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qəsəbəmizə gələrək buradakı acınacaqlı vəziyyətlə tanış olaraq əhalini dinlədilər, izahat aldılar və qısa zaman ərzində Ekologiya Nazirliyinin səlahiyyətləri daxilində olan problemləri həll edəcəklərini və işin icraata götürülməsi barədə bizə məlumat verdilər. Lakin sonradan onlardan bir səs-səmir çıxmadı deyə qəsəbə sakinləri qeyd etdilər. Daha sonra Binəqədi qəsəbə bələdiyyəsinin sədrinin, rayon icra hakimiyyətinin əməkdaşları gəlib baxdılar, amma bizim dərdimizə çarə tapmaq istəmirlər, qalmışıq biçarə. Bakı Şəhər İcra Hakimiyyəti müraciətimizi Binəqədi Rayon İcra Hakimiyyətinə yönəldib. Onlar da kanalizasiya xətlərinin çəkilməsi üçün “Azərsu”nun Binəqəsi “Sukanal” İdarəsinə müraciət edib. “Azərsu” da cavab verib ki, gələcəkdə nəzərə alarıq”.

Xəbər 2950 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +