Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


16.08.2019  09:54 

Azərbaycanlı qadını qaçqın sığınacağında döydülər





A+  A-

Azərbaycandan olan mühacir qadın Almaniyada qaçqınlar üçün sığınacaqda döyülüb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, ağır xəsarətlər alan Seviniya K. adlı 41 yaşlı qadın Lambshaym dairəsində, Frankentalsk şəhər xəstəxanasındadır. Onun sol ayağı sınıb və bədənində çoxsaylı xəsarətlər var.

Məlumata görə Seviniya K. Almaniyaya Azərbaycandan üç il əvvəl gedib. Peşəcə farmasevtdir, alman dilini tez öyrənib və tibb bacısı kursunu keçib. 12 gün əvvəl sığınacaqda qadınla qonşuları arasında mübahisə yaranıb.

“Söhbət adi stuldan gedirdi, mən onu həyətdən götürüb qonşunun pəncərəsinin qabağına qoymuşdum. Qəfildən qonşunun iki oğlu mənə hücum etdi. Onlar məni əlləri və ayaqları ilə vurmağa başladılar”, - qadın deyir.

Seviniya K. gələn həftə xəstəxanadan buraxılacaq və yenidən sığınacaqda, onu döyən adamlarla qonşuluqda yaşamalı olacaq.

Şəhər meri Maxael Rayt deyir ki, onlar qadına yeni mənzil tapmağa çalışırlar. “Əgər biz yeni mənzil tapa bilməsək o yenidən həmin sığınacağa qayıtmağa məcbur olacaq”,-mer deyib.

Qadına hücum edən 17 və 19 yaşlı şəxslər barəsində cinayət işi qaldırılıb, amma həbs olunmayıblar. Həmin şəxslərin hansı ölkədən olduqları göstərilmir.

Xəbər 1243 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +