Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


22.09.2018  10:06 

Xələf Xələfov isveçrəli həmkarı ilə görüşdü





A+  A-

Xarici işlər nazirinin müavini Xələf Xələfov İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti ilə Berndə görüşüb.
XəzərNews.az-ın məlumatına görə, görüşdə İsveçrə rəsmisi iki ölkə arasında çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib, Azərbaycan və İsveçrə prezidentlərinin Ümumdünya İqtisadi Forumunun illik Davos iclasları çərçivəsində görüşlərini və mütəmadi dialoqunu yüksək qiymətləndirib.

X.Xələfov iki ölkə arasında siyasi dialoqun aparılmasını və təmasların həyata keçirilməsini, o cümlədən mütəmadi olaraq XİN-lərarası siyasi məsləhətləşmələrin və ikitərəfli yüksək səviyyəli səfərlərin vacibliyinə diqqət çəkib.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə toxunan nazir müavini bildirib ki, münaqişənin sülh yolu ilə həlli BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsindən keçir.

Görüşdə eyni zamanda Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Xüsusilə qeyri-neft sektoru, sənaye, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, əczaçılıq, turzim sahələrində həyata keçirilən milli və regional layihələrdə İsveçrə şirkətləri iştirak etməyə dəvət edilib. Bundan başqa, peşə təhsili sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib.

Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanmasının regional və beynəlxalq əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Xəbər 1794 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +