Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


15.09.2018  12:16 

Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev həmkarını qarşılayıb.

Qeyd edək ki, Ərdoğanla birgə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar da Bakıda səfərdədir.

***

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub.

***

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Dövlət başçıları ulu öndərin məzarı önünə əklil qoyublar.

Xəbər 1289 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +