FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


30.05.2023  13:47 

Qarabağ separatçılarına amnistiya vədi: Təslim olacaqlarmı?





A+  A-

“Prezident İlham Əliyev hər çıxışında həm sülhyaratma prosesi, həm də Qarabağda ermənilərin yaşadıqları ərazilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası barədə mesajlar verir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, dövlət başçısının Laçında Qarabağdakı separatçılarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Q. Hüseynlinin sözlərinə görə, Prezident növbəti mesajı Laçındakı çıxışında verdi və çox açıq şəkildə bildirdi ki, Qarabağın ermənilər yaşayan ərazisində olan insanlara amnistiya tətbiq oluna bilər:

“Amma bu şərtlə ki, orada özlərini “prezident”. “parlament sədri” və “parlament üzvü” elan etmiş qondarma qurum üzvləri tövbə etsinlər, “səlahiyyətlər”inə xitam versinlər və bildirsinlər ki, Azərbaycan bayrağının altından keçib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırıq”.

Analitikin fikrincə, bu şərtlər daxilində həmin adamlara, hətta separatçı qurumun “başçısı” Araik Arutyunyana da amnistiya tətbiq edilməsi barədə düşüncələr ərsəyə gələ bilər:

“Yəni ilk addımı onlar atsınlar, Azərbaycan cəmiyyətinə inteqrasiya barəsində mesajlar versinlər, biz də onların məsuliyyətdən azad edilməsi istiqamətində addımlar atmağa başlayaq.

Hesab edirəm ki, bu, normal və humanist bir çağırış idi. Lakin hələ ki separatçılardan buna müsbət bir cavab gəlməyib. Ermənistanın bəzi mətbuat orqanları isə qızışdırıcı yazılar yazmaqla, b kontekstdə Azərbaycanı təhdid edirlər”.

Xəbər 1236 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +