Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


04.02.2023  10:18 

Xalqa yazığın gəlsə, özün yazıq olacaqsan





A+  A-

Xalq deyilən şey qorxaq, ictimai şüuru inkişaf etməmiş, xırda mənfəət ardınca qaçan, 2 kilo ətə, 3 ədəd çörəyə görə baş yaran kütlədir. Bütün xalqlar belədir. Onu yalnız tovlayıb, aldadıb, dəhmərləyib harasa göndərmək olar. Bunusa hər kəs bacarmaz. Gərək əlində kifayət qədər resurs olsun və bir də acımasız olmalısan.

Yəni xalqa yazığın gəlsə, özün yazıq olacaqsan. Resurs onun içindəki fəal qismi satın almaq üçündür, qalan işləri onlar edəcəklər.

Xalqların keyfiyyəti onların içindəki müstəqil düşünən və vicdanlı ziyalıların nisbəti ilə müəyyən olunur. Belələri nə qədər çox olsa, xalqın müqaviməti bir o qədər güclü olur. Ancaq təəssüf ki, belə ziyalılar istənilən millətdə qıtdır. Geri millətlərdə isə barmaqla sayılacaq qədər azdır. Odur ki, onları fırlatmaq daha asandır. Belə millətləri onların elitaları vasitəsilə daha çox kənardan idarə edirlər.

Dünyanın ən irəli xalqlarından olan almanları Hitler nə günə salmışdı? Düşüncəsiz, qəddar, vəhşi bir sürüyə çevirmişdi.

Lider uydurma bir şeydir. Onları əsasən dünyanı idarə edən bəlli dairələr müəyyənləşdirir. Düzdür, hər adam bu rola uyğun gəlmir, ancaq uyğun olmaq heç də yüksək göstəricilərə, intellektə və şəxsiyyətə malik olmaq deyil. Çox şey situasiyaya uyğun gəlməkdən asılıdır.

Bir də şans deyilən bir şey var. Məsələn, Zelenski, Kadırov, Saakaşvili kimi liderləri yüzdə-yüz kənardan təyin ediblər. Onların milləti içərisində qat-qat qabiliyyətlilər tamamilə kənarda qalıblar. Xasbulatov kimi bir adam Kadırov kimisini dəstəkləməyə məcbur edilib.

Şəxsən mən Lenin, Atatürk, Xomeyni, Mandela, Kastro kimi nüfuzlu liderlərin də müstəqil olduqlarına inana bilmirəm.

Son günlər gürcü xalqının niyə onun üçün bu qədər işlər görmüş Saakaşvilini dəstəkləmədiyi müzakirə olunur. Səbəb çox sadədir. Xalqın heç vaxt öz iradəsi olmur. O sadəcə qorxaqdır, təşkilatlana bilmir. Həm də nankordur, nəcabəti yoxdur. Onu gərək kimsə fitləyə, yaxud dəhmərləyə. Gürcüstanda belə bir qüvvə yoxdur və ola da bilməz. Çünki kiçik ölkə, kiçik xalqdır. Tarix boyu böyük oyunçular onu həmişə futbol topu kimi bir-birinə ötürüblər.

Saakaşviliyə görə hazırda heç kəs, heç bir qlobal güc gürcüləri fitləməkdə maraqlı deyil. Yəqin ki, gürcü elitası hamının könlünü layiqincə görür, heç kəsə buynuz göstərmir, bir sözlə, situasiyanı öz xeyrinə fırlada bilir. Daha müstəqil Saakaşvilini xilas etmək, ortaya çıxarmaq kimə lazımdır? Heç kəsə! Bəlkə də, onu elə özləri aldadıb tələyə saldılar.

Bizdə də durum belədir. İqtidarımız dünyada hamıyla dil tapır və bu sayədə özünü qoruyur. Xalqın iradəsiylə ona görə hesablaşmır ki, ortalıqda sadəcə belə bir iradə yoxdur.

Nadir Qocabəyli

Xəbər 783 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +