Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?


28.08.2021  10:56 

Bu ölkə Əfqanıstandan təxliyyəni başa çatdırdı





A+  A-

Fransa öz vətəndaşlarının və onun nümayəndələri ilə əməkdaşlıq edən əfqanların təxliyyə əməliyyatını başa çatdırıb, fransalı diplomatlar Kabili tərk ediblər.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa XİN və Silahlı Qüvvələri Nazirliyinin birgə bəyanatında deyilir.

“Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan Amerika qüvvələrinin sürətli çıxışı təsdiq edildikdən sonra hava limanında şərtlər artıq təhlükəsizlik meyarlarına cavab vermir və bu səbəbdən bizim təxliyyə əməliyyatımız cümə günü, avqustun 27-si başa çatıb”, - bəyənatda qeyd olunur.

“Fransanın Kabildəki səfirliyinin komandası Əbu-Dabiyə çatıb, oradan Fransaya yollanacaq. Bizim diplomatlar, hərbçilər, polislər və Kabil, Əbu-Dabi və Parisdə olan bütün aidiyyəti dövlət qulluqçuları vətəndaşların təxliyyəsi və minlərlə insana sığınacaq verilməsi üzərində durmadan çalışırlar, buna görə biz onlara minnətdarıq”, - bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, avqustun 15-dən etibarən Fransa qüvvələri tərəfindən Kabildən 3 min nəfər çıxarılıb, onlardan 2,7 minə qədəri əfqandır. Eyni zamanda, nazirliklər xatırladır ki, Fransa kütləvi təxliyyə başlanmamışdan əvvəl əfqan vətəndaşlarını çıxarmağa başlayıb və avqustun 15-dək 1,5 min nəfər daşınıb.

Silahlı qüvvələr naziri Florans Parli və xarici işlər naziri Jan-İv Le Drian Fransanın hər zaman əfqanlıları dəstəkləyəcəyini və təhlükədə olan bütün bu ölkənin vətəndaşlarının avqustun 31-dən sonra da müdafiəsini təmin etmək üçün səylərini əsirgəməyəcəyini vəd edirlər.

Xəbər 2049 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +