Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


24.04.2018  10:24 

Milli Məclisdə daha 4 deputat yeri boşaldı





A+  A-

Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” əlavə sərəncam imzalayıb. Bu sərəncamla daha 3 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub.
XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, millət vəkili, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev ekologoya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar.

Daha əvvəlki gündə imzalanmış sərəncamla Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri vəzifəsinə təyin olunmuşdu.

İstisna olunmur ki, yaxın günlərdə Mərkəzi Seçki Komissiyası adları çəkilən millət vəkillərinin deputatlıq səlahiyyətlərinə xitam verəcək. Çünki ölkə qanunvericiliyi bunu tələb edir.

Son təyinatlardan sonra Milli Məclis üzvlərinin sayı daha dörd nəfər azalıb, 125-dən 119-a düşüb.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ildə onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, bir müddət əvvəl 120 saylı Cəbrayıl-Qubadlı dairəsinin deputatı Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Beləliklə, Milli Məclisdə 6 deputat yerinə yeni seçkilərin keçiriləcəyi gözlənilir.

Xəbər 1703 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +