Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


14.09.2017  12:21 

Lütfi Zadənin məzar yeri dəyişdiriləcək?..





A+  A-

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlumdur. O, I Fəxri xiyabanda dəfn olunacaq.
Bir neçə gün bundan əvvəl hər kəs məzar yerinin görüntüləri ilə də tanış oldu. Digər tərəfdən, Lüfti Zadənin məzar yeri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Seçilən yerin düzgün olmadığını, məzar yerinin dəyişdirilməli olduğunu qeyd edənlər var. Narazılıq isə Fəxri Xiyabandakı bolşevik məzarları ilə bağlıdır. Belə ki, Fəxri Xiyabanda hələ də üzərinə "Müsavat cəlladları" sözü yazılmış başdaşları var və düşünülür ki, Lütfi Zadənin həmin qəbirlərin əhatəsində dəfn edilməsi yanlışdır.
Bu baxımdan maraqlıdır, narazılıqlar nəzərə alınaraq, Lütfi Zadənin məzar yeri dəyişdiriləcəkmi? Eyni zamanda görkəmli alim üçün qəbirüstü abidə hazırlanıbmı?

Məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib ki, Lütfi Zadənin məzarı bir neçə gün əvvəl qazılıb və məzar yeri dəyişdirilməyəcək:

“Lütfi Zadə hələ dəfn olunmayıb. Amma bildiyiniz kimi, artıq məzar yeri hazırdır. Təbii ki, qəbirüstü abidə də olmalıdır. Sadəcə, Lütfi Zadənin dəfn olunmasını gözləyirik. Hələ ki heç nə hazırlanmır. Yalnız dəfndən sonra məsələyə baxılacaq.
Məzar yeri ilə bağlı məsələyə gəldikdə isə bizə narazılığını ifadə edən olmayıb. Bu səbəbdən məzar yerinin dəyişdirilmə ehtimalı yoxdur”.

Qeyd edək ki, sentyabrın 6-da ABŞ-da Kaliforniyada vəfat edən Lütfi Zadənin nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək.

(modern.az)

Xəbər 1561 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +