Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


26.04.2025  14:09 

Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib





A+  A-

“Bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı deyib.

“Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq.

Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki, əlbəttə, biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var - Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq bizim özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu gün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər”, - dövlət başçısı qeyd edib.

Xəbər 919 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +