Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


29.03.2019  21:29 

Brexit üçüncü dəfə rədd edildi





A+  A-

Bu gün İngiltərə parlamentində ölkənin Avropa İttifaqından (Aİ) ayrılmasını nəzərdə tutan Brexit sazişi növbəti dəfə səsverməyə çıxarılıb.
XəzərNews.az BBC-yə istinadən xəbər verir ki, qanuni olaraq İngiltərənin ittifaqdan bu gün ayrılması gözlənilirdi.

Lakin Aİ-nin Brexitin növbəti tarixə təxirə salınmasına şərtli razılıq verməsi səbəbindən parlament sazişi üçüncü dəfə rədd edib. Parlamentin 286 deputatı sazişin lehinə, 344 deputatı isə əleyhinə səs verib.

Mövcud şəraitdə İngiltərə ya mayda Avropa Parlamentinin seçkilərinə qatılmalı, ya da şərtli razılaşma olmadan ittifaqdan ayrılmalıdır. İngiltərə Brexitin 22 maydan sonraya təxirə salınmasını istəyərsə, o zaman bunu 27 ölkənin təsdiqləməsinə ehtiyac duyulacaq.

Qeyd edək ki, İngiltərə parlamenti öncəki 2 səsvermədə də Brexiti rədd etmişdi.

Xəbər 1332 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +