Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


29.08.2017  15:37 

Azərbaycan meşələrində baş verən yanğınla bağlı - AÇIQLAMA





A+  A-

28 avqust 2017-ci il tarixində Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Bum meşəbəyliyinin 2 saylı dolayında, 29 avqust 2017-ci il tarixində səhər saat 8 radələrində isə Oğuz MMBM-in Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisələri baş verib.
XəzərNews.az xəbər verir ki, yanğın baş vermiş ərazilərə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub.

Bum meşəbəyliyində baş verən yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Əsasən əl əməyindən və FHN-nin helikopterindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın 29 avqust 2017-ci il tarixində saat 15 radələrində lokallaşdırılıb. İlkin hesablamalara görə yanğın nəticəsində 10 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Oğuz MMBM-in Xaçmaz meşəbəyliyində baş vermiş yanğın isə saat 14 radələrində tam söndürülüb. Yanğın nəticəsində 0.5 hektar ərazidə quru ot və kol örtüyü yanıb.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Xəbər 1219 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +