ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video


14.01.2025  15:58 

Dövlətim niyə 10 min adamı Xaqocanın ümidinə qoyub?





A+  A-

Teleaparıcı Tarix Əliyevlə (Tolik) tiktoker Xaqani Hüseynov (Xaqocan) arasında qalmaqal baş verib

Xəzərnews.az xəbər verir ki, TikTok sosial şəbəkəsində canlı yayım zamanı mübahisə edən tərəflər bir-birinə qarşı sərt ittihamlar irəli sürüblər.

Aparıcı Tarix Əliyev Xaqocanın xeyriyyə fəaliyyətindən danışıb və onun davranışlarını tənqid edib:

“50 manatlıq 3 dənə vermeşil üçün camaatın ailəsini videoya çəkib paylaşma. Uşaqları çəkmək olmaz, bu, qanunsuzluqdur. O uşaqlar depressiyaya düşəcək. Verilişə gedib deyirsən ki, 10 min adam ac qalıb, mən burdayam. Niyə deyirsən ki, sən olmasan, onlar ac qalacaq? Mən sabah dövlətimdən soruşacam: Xaqo kimdir bu ölkədə? Sosial Müdafiə Nazirliyi, Sosial Müdafiə Fond qala-qala, Xaqo 10 min adama himayədarlıq edir. O adamlar pensiya almır, sosial yardım almır? Niyə almırlar? Mən soruşacam dövlətimdən. Dövlətim niyə 10 min adamı Xaqocanın ümidinə qoyub? İnsanlara yarım kilo ət verib özünü reklam etmisən. Kimsən? Zeynalabdin Tağıyevsən?”.

Tarix Əliyev (Tolik) həmçinin Xaqocanın gəlir mənbələrini sorğulayıb və onun fəaliyyətində qanunsuzluq ehtimalı olduğunu bildirib:

“Sənin əməllərin sabaha ortaya çıxacaq. Görək sən hardan qazanırsan. Dövlətin sənin kimi insanlara ehtiyacı yoxdur. Sənin maskan cırılacaq. O qara pulları yemisən ha, dövlət hamısını üzə çıxaracaq. Özü də mən səni bölməyə-filana verməyəcəm. Səni elə yerə verəcəm ki, şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir. Sənə bunu rəsmi deyirəm. Mən jurnalistəm, səni dırnağına kimi yoxlatdıra bilərəm. Mən sənin fəaliyyətindən şübhələnirəm”.

Xaqocan isə Tolikə cavabında özünə qarşı irəli sürülən ittihamları "əsassız" adlandırıb:

“Çətinlikdə qalmaq ayrı şeydir, ac qalmaq ayrı. Mən kiməsə ac deməmişəm. Videoları isə əvvəl çəkirdim. Uşaqların 90 faizinin üzlərini çəkmirəm. Sonra gördüm ki, sənin kimi adamlar etiraz edir. Sən məni şikayət edirsənsə, sənin məqsədin budur ki, Xaqocan kimi oğullar, yaxşı insanlar Azərbaycanda olmasın. Eybi yox, yerin göyün sahibi var. Xalqımızın yolunda malımız, mülkümüz fəda olsun. Allah mənimlədir. Dövlətimizə həmişə sadiqik. Mən bu günə kimi haram qara pullar yeməmişəm. Sən öz fəaliyyətinə bax"...

Xəbər 3378 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +