Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.06.2022  11:18 

“Semaşko”da zond aparatı yoxdur?





A+  A-

1 saylı Şəhər Klinik Xəstəxanası (Semaşko) zond aparatı yoxdur.

XəzərNews.az xəbər verir ki, bu barədə Ölkə.Az-a adının açıqlanmasını istəməyən vətəndaş məlumat verib.

O, paytaxtda çoxsaylı insanların hər gün üz tutduğu böyük bir xəstəxanada zond aparatının işləməməsindən narazılığını ifadə edib. Vətəndaş icbari tibbi sığorta çərçivəsində ona lazım olan tibbi xidmətdən yararlana bilmədiyini deyib.

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu cavab olaraq bildirib ki, xəstəxanadakı zond aləti xarab olub:

“Xəstəxanadakı zond aparatı vətəndaş müraciət edən zaman işləməyib. Artıq xəstəxanaya yeni avadanlıq sifariş verilib. Avadanlıq gələnə kimi də istənilən vətəndaş əgər Kliniki Tibbi Mərkəzə müraciət edibsə, avtomatik olaraq həmin şəxsə TƏBİB-in tabeliyindəki digər dövlət xəstəxanalarına göndəriş verilir ki, ona lazım olan xidməti icbari tibbi sığorta çərçivəsində ala bilsin”.

Qurum rəsmisi yeni avadanlığın hansı müddətdə olacağı ilə bağlı isə dəqiq tarix verməyib:

“Tibbi avadanlığın gətirilməsi bir ay və ya bir həftə çəkə bilər” ,- deyə o bildirib.

Xəbər 1589 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +