Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


16.06.2022  16:43 

Deputat AZAL-ı tənqid etdi: “Bunlara “dur” deyən lazımdır”





A+  A-

“Quru sərhədləri açılmalıdır ki, vətəndaşlarımızın gediş-gəlişi asanlaşsın, əziyyət çəkməsinlər. Düşünürəm, Rusiya, eləcə də Gürcüstanla aramızda quru sərhədlərdə təhlükəsizlik məsələləri ilə bağlı heç bir problem olmamalıdır. Bu, sadəcə, pandemiya dövründən qalan bir qərardır. Artıq məhdudiyyəti ləğv etmək lazımdır. Burada iqtisadi inkişaf məsələləri də var, ciddi məsələdir və baxılmalıdır”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov Bakıdan qardaş ölkə Türkiyəyə təyyarə biletlərinin İrəvana nisbətən daha baha olmasına da münasibət bildirib:

“Azərbaycanda AZAL deyilən bir qurum var. Bu qurum Azərbaycan xalqının, dövlətinin başına bir bəla olub. Görünür, bu quruma rəhbərlik edənlər xalqın vəziyyəti, problemləri ilə maraqlanmaq yox, özlərinin maddi durumlarını yaxşılaşdırmaq üçün çalışırlar. AZAL-ın təyyarə biletləri təkcə qardaş Türkiyəyə yox, bütün istiqamətlərdə bahadır. Bütün şirkətlər arasında ən baha bilet AZAL-ındır. Deputatlarımız, vətəndaşlarımız tərəfindən bu narazılıqlar daim səsləndirilir. Bu işin öhdəsindən gəlmək, bunlara “dur” deyən lazımdır. Hamının ümid yeri cənab Prezidentdir. Yəqin ki, Prezident İlham Əliyev bütün bu narazılıqların aradan qaldırılması üçün müvafiq tədbir görəcək”.


Xəbər 1495 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +