Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


08.03.2025  14:21 

Müəlliməyə 8 marta “prostina“ almışıq, götürmür, belə qudurğanlıq olar?





A+  A-

Bizim qismətimizə sekulyarizmin xurafat dövrü düşdü. İstənilən ideologiya özünün təsərrüfat dayaqlarını yaratmadan yaşaya bilməz. Bu dayaqları yaratmaq üçün o kütlələri ovlamalıdır, kütlənin gəlirlərini ələ keçirməlidir.

İdeologiya özünün iqtisadi maraqlarını təmin etmək üçün öz xurafatını yaratmağa məhkumdur. Xurafat ideya və ideologiyanın kütlə şuuruna uyğunlaşdırılmış formasıdır.

Din öz təsərrüfatını kahinlər, rahiblər, mollalar vasitəsilə yaradır və idarə edir. Tibet rahiblərinə üç evnə yeməyi də xalq bişirib aparır.

Liberal sekulyarizmin də artıq öz çağırışları və bu çağırışları kütlərlərə çatdıran mollaları, kahinləri var.

Adına yaşam koçları, karyera uzmanları, iş danışmanları və s. deyilən zümrə sekulyarizm mollalarıdır. Neoliberalizmin təsərrüfat sisteminin dayanıqlığını qorumaq üçün sekulyarizmin xurafatını yaratmaq və yaymaqla məşğuldurlar.

Bu ixtisaslar universitetlərdə bazarın sifarişi və maliyyəsi ilə açılır, orada yetişən mütəxəssisə insanları bazara yönəltmək qaydaları öyrədilir.

Məsələn, onların xidmətləri sayəsində bu gün alış-veriş asıllığı deyilən psixoloji bir xəstəlik növü ortaya çıxıb ki, bu asılılığı yaradan da onların alış-verişin depressiyadan xilas etməsi haqqında söylədikləri müalicəvi moizələridir.

Rahiblər, mollarlar da eyni işi görürlər; əvvəlcə xurafata yoluxdururlar, sonra dinlə müalicə edirlər.

Dünən iftar vaxt taksidə 3 saatlıq tıxacda ancaq bir neomollaya qulaq asmışam. Salavat göndərmə yarışı təşkil etmişdi. Biri efirə yazdı ki, mən bu gün 25 min salavat göndərmişdəm, bu qayıtdı ki, rekord 30 mindir, get 5 min də göndər.

Sekulyar tərəfdə də süni yollarla azadlıq, xoşbəxtlik yarışları keçirilir. Az xərcləmisən, get çox xərclə! Nə yolla qazana bilirsən qazan, önəmli deyil. Hamıdan azad və xoşbəxt görünmək istəyirsənsə, çox xərclə, rekord qır.

Taksi sürücüsü də bu yandan dirəyib ki, müəlliməyə 8 marta "prostina" almışıq, götürmür, belə qudurğanlıq olar?

Dəli olsam, bağışla!

Aqşin Yenisey
Kulis.az


Xəbər 1344 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +