Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var
Kamala Harris Donald Trampı kəskin tənqid edib
Azərbaycanda yeni medal təsis edildi
Deputatlar Kamran Əliyevin namizədliyini təsdiqlədi
Məktəbli qızların davası... - Araşdırma başladı


24.10.2017  18:26 

Bakıda Ermənistan bayrağlı avtomobillə bağlı - Açıqlama





A+  A-

Bakının mərkəzi küçələrində üzərində Ermənistan bayrağının rəngləri olan “Mercedes-Benz” markalı avtomobillə bağlı “Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribütoru “Avtokapital-Azərbaycan” şirkəti açıqlama verib.
Şirkətin Marketinq və ictimai əlaqələr şöbəsinin rəisi Sevinc Abbasova "Qafqazinfo"ya bildirib ki, sözgedən avtomobil “Mercedes-Benz”in rəsmi salonlarından alınmayıb:

“İlk növbədə, avtomobil köhnədir. 2008-2009-cu il istehsalıdır. "GL 550" modeli isə ancaq Amerika bazarı üçün istehsal olunur. Bu avtomobil Avropa bazarı üçün istehsal olunmayıb. Yəni, rəsmi diler bu maşını Azərbaycana gətirə bilməz. “Mercedes-Benz”in rəsmi dileri "GL 550" modelini heç vaxt Azərbaycana gətirməyib. Avropa və Azərbaycan bazarı üçün yalnız GL/GLS 500 modeli istehsal edilir. Həmçinin, sözügedən avtomobilin nömrəsinin altında “Ulduz” və “Mercedes-Benz” yazılıb. Bizim rəsmi dilerlər isə həmin hissədə öz adları və əlaqə nömrələrini qeyd edirlər. Ona görə, bu maşın bizdən alınmayıb”.

Sevinc Abbasova həmin avtomobilin Ayna Sultanova küçəsində yerləşən avtosalondan alınması məsələsinə də aydınlıq gətirib:

“Bizim rəsmi dilerlərimiz Ayna Sultanova küçəsində yerləşmir. İki ünvanda - Babək Prospekti və Bakı-Sumqayıt yolunun 6-cı kilometrliyində yerləşir. Bu məsələlərə görə, sözügedən avtomobil “Mercedes-Benz”in rəsmi salonlarından alınmayıb. Avtomobilin üzərində olan emblem “Euro motorscars” şirkətinə məxsusdur. O da Amerikanın şirkətidir və Amerika bazarına işləyir. Biz isə avtomobilləri Almaniyadan gətiririk. O emblemi isə avtomobilin üzərinə qoymuruq.

Xəbər 1944 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +