Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


08.03.2019  15:48 

Əmisini öldürüb, evə od vurdu





A+  A-

Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təfərrüatı məlum olub.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib .

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.

Xəbər 1334 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +