İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


19.12.2017  20:28 

Ramiz Məleykədən 300 min istəyir





A+  A-

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı qaldırdığı təzminat iddiası üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Natavan Tağıyevanın icraatında olan prosesdə iştirak edən R.Məlik M.Əsədəovaya qarşı 300 min manatlıq mülki iddia qaldırıb və onu təhqir etdiyini bildirib.

R.Məlikin iddiası icraata qəbul edilib.

Məleykə Əsədovanın vəkili çıxış edərək deyib ki, Ramiz Məlik onun müvvəkkilinin anasına fahişə deyib və özünün geyimi ilə bağlı danışıb: “Məleykə xanım deyib ki, Ramiz Məlik onun validyenlərinin qəbri üstündə diz çöküb üzr istəsə, onu bağışlayacaq”.

Ramiz Məlik isə artıq mətbuata açıqlama verərək üzr istədiyini bildirib: “Mən geyindiyi şortikə görə özünə yazıb irad bildirmişəm. Bunu da teatrın adına söz gəlməməsi üçün etmişəm. Sonra Məleykə evə zəng edərək yoldaşıma deyib ki, nəvələrimi oğurlatdıracaq və məni təhqir edib. Mən artıq bu məsələyə son qoyulmasını istəyirəm”.

Proses 2018-ci il yanvarın 8-də davam etdiriləcək.

Xatırladaq ki, M.Əsədova R.Məlikdən onu təhqir etməsi iddiası ilə 200 min manat təzminat istəyib.

Xəbər 1257 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +