İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


12.12.2017  12:54 

Füzulidə Ulu öndər Heydər Əliyevə həsr olunmuş anım tədbirləri keçirilib - Fotolar





A+  A-

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının on dördüncü ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilir.
XəzərNews.az xəbər verir ki, dekabrın 12-də rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanlarının kollektivləri, ərazidəki N saylı hərbi hissənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ictimaiyyət nümayəndələri ilə söhbətində Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərə füzulililər adından sonsuz sevgi və ehtiramını ifadə edib.
Alı Alıyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Bildirib ki, on dörd il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Alı Alıyev qeyd edib ki, Heydər Əliyevin ideya və arzuları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.







Xəbər 2408 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +