“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


18.07.2017  12:04 

Bakıda türk qadınla polis arasında qalmaqal - VİDEO





A+  A-

Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisə düşüb.
XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, türk vətəndaşı “Hyundai ix35” markalı avtomobillə Yasamal rayonu Balababa Məcidov küçəsində yol qaydalarını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə əməkdaşları qadının sərxoş olmasında şübhələniblər. Onlar xanım sürücünü ekpertiza aparılması üçün müəyyən prosedurlardan keçməyi dəvət edib, avtomobili isə müvəqqəti dayanacağa aparmaq istəyiblər.

Lakin sürücü yol polisləri ilə razılaşmayıb, hətta polisi rüşvət götürməkdə ittiham edib. O, ətrafda olanlara bildirib ki, bir neçə müddət öncə oxşar hadisəyə görə 1000 manat DYP əməkdaşlarına rüşvət verərək cəzadan yayına bilib. Daha sonra o, bu dəfə də bağışlamasını istəyib.

Xanım qeyd edib ki, yol polisi onu saxladığı zaman hücum edib, qolu yaralanıb, buna görə də onlarla heç yerə getməyəcək: “Mən heç yerə getməyəcəm, mənim meyitimi götürərsiniz”.

Hadisə zamanı xanım hətta intihara cəhd edib, özünü ərazidə hərəkət edən avtomobilin altına atmaq istəyib.

Hadisə yerinə çoxlu sayda DYP və PPX əməkdaşları cəlb olunub. Məsələni araşdırması üçün xanımı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi aparıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, xanım sürücü ilə bağlı araşdırmalar gedir, güman edirik ki, sürücü hay-küy salmaqla, məsuliyyətdən yayınır. Etiraz etmək sürücünün haqqıdır. Baş vermiş faktla bağlı ətraflı məlumat verəcəyik.


Xəbər 1437 dəfə oxunub.





23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +