Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


27.07.2018  09:25 

Sosial yardım almaq qaydası DƏYİŞİR





A+  A-

Azərbaycanda ünvanlı sosial yardım almaq üçün prosedurlar sadələşdirilir.
XəzərNews.az Xezerxeber-ə istinadən bildirir ki, ilkin olaraq yardım almaq üçün müraciət zamanı elektron ərizədə bəyannamənin doldurulması üçün tələb olunan sənədlərin sayı azaldılır. Sonrakı mərhələdə isə sosial yardımı almaq üçün, ümumiyyətlə hər hansı bir sənəd toplamaq və ərizə bəyannaməsi verməyə ehtiyac olmayacaq.

Sosial yardım almaq üçün müraciət zamanı ailənin gəlirləri, tərkibinə daxil olanların pensiya və müavinətləri barədə məlumatlar vətəndaşdan istənilməyəcək. Artıq belə məlumatlar birbaşa mərkəzi informasiya bazalarından götürüləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən atılan bu addımın əsas məqsədi sosial yardım üçün prosedurların sadələşdirilməsidir. Sadələşdirmə iki mərhələdə həyata keçiriləcək, birinci mərhələnin sentyabrın sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün məlumatların vahid elektron bazada toplanılmasını nəzərdə tutan "Sosial Reyestr"in hazırlanması prosesi gedir. Bu proses başa çatdıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı "ərizə-bəyannamə"nin doldurulmasına ehtiyac qalmayacaq.

Sözügedən layihənin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən il ünvanlı sosial yardım alanların sayı 80 min ailəyə yaxın olub. Bu ilin son 6 ayı ərzində isə bu rəqəm azalaraq 54 min ailə və ya 213 min nəfər təşkil edib.

Xəbər 1206 dəfə oxunub.



31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +