12.01.2018 13:11
Sabahdan hava pisləşəcək
Dekabrın 13-ə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin XəzərNews.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturununAbşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət70-80faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuzkeçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə0-5, gündüz 7-11dərəcə isti,dağlarda gecə3-8 dərəcə şaxta, gündüz3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz - Yanvarın 13-15-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Xəbərdarlıq - Yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Xəbər 1865 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|