Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


19.06.2021  20:46 

Putin “Vahid Rusiya” siyahısına liderliyə namizədlərini açıqladı





A+  A-

Rusiya Prezidenti Vladimir Putin hakim “Vahid Rusiya” partiyasının seçki siyahısında liderliyə özünün ilk 5 namizədini açıqlayıb.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunlar müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsovadır.

“Sergey Kujuqetoviç Şoyqu partiyanın əsas qurucularından biridir. Onu hamı tanıyır. Biz onunla birlikdə partiyanın qurulması üçün ilk addımlarımızı atmışıq. Sergey Kujuqetoviç ordunu, donanmanı möhkəmləndirmək üçün ən çətin məsələlərin öhdəsindən məharətlə gəlir.

Sergey Viktoroviç Lavrov parlaq siyasətçidir və bizi beynəlxalq arenada layiqincə təmsil edir”, - deyən Putin digər namizədlərin də fəaliyyətini xüsusi vurğulayıb.

Xəbər 2060 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +