Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


27.01.2020  20:27 

Çin koronavirusa qarşı 8 milyard ayırdı





A+  A-

Çinin Maliyyə Nazirliyi və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi koronavirusla mübarizə məqsədilə dövlət büdcəsindən 60,3 milyar yuan (8,7 milyard dollar) vəsait ayırıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəsait ümumi sağlamlıq xidmətinin baza sisteminin inkişafına, profilaktika tədbirlərinə, infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasına xərclənəcək.

Nazirlik və Komitə 2020-ci il üçün ayrılan subsidiyaların şəhərlərdə və kəndlərdə aidiyyəti üzrə (koronavirusun yayılması əleyhinə və qabaqlayıcı tədbirlər məqsədilə) səmərəli və məqsədyönlü şəkildə reallaşdırılmasını tələb edib.

Qeyd edək ki, 2019-cu ilin dekabrından Çinin Uxan şəhərindən yayılmağa başlayan koronavirus 81 nəfərin həyatına son qoyub. Virusa yoluxanların sayı isə 2835 nəfərə çatıb.

Xəstəliyə tutulanlara ABŞ, Yaponiya, Fransa, Nepal, Vyetnam, Avstraliya, Cənubi Koreya və digər ölkələrdə də rast gəlinib.

Xəbər 1728 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +