Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


08.10.2018  18:45 

Sarkozinin şikayət ərizəsi rədd edildi





A+  A-

Apellasiya məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin şikayət ərizəsini rədd edib.
XəzərNews.az yerli KİV-ə istinadən xəbər verir ki, Sarkozi ona qarşı aparılan təhqiqatın gedişinə mane olmaq və təzyiqlər göstərmək barədə ittihamın məhkəməyə daşınmaması üçün ərizə verib.

Fransanın keçmiş prezidenti rüşvətxorluqda və xidməti sirləri pozmaqda ittiham olunur.

Analoji olaraq bu cür ittihamlar onun vəkili Terri Erzoq və hazırda təqaüddə olan Kasasiya məhkəməsinin keçmiş baş prokuroru Jilber Aziber haqda da irəli sürülüb.

Təhqiqatçılar onun Erzoqun yardımı ilə Aziberdən gizli xidməti sirləri əldə etməyə çalışdığını düşünür.

Onların fikrincə Sarkozi qanunsuz maliyyələşmə işi ilə bağlı həbs qoyulmuş 2007-ci ilə aid qeydlərini ələ keçirməyə çalışıb.

Bu qeydlərdə onun seçki kompaniyasnın Fransanın məşhur kosmetika şirkəti Lorealın rəhbəri Lilian Betankur tərəfindən maliyyələşdirilməsi ilə bağlı faktlar var.

Xəbər 1673 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +