Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


07.04.2023  00:14 

Bu fakt İranın Bakıdakı səfirliyinin casusluq rolunu oynayacağı ehtimalını artırır...





A+  A-

Azərbaycan İran səfirliyinin 4 əməkdaşına diplomatik statusa uyğun olmayan fəaliyyət göstərdiklərinə görə ölkədən çıxmaq üçün 48 saat vaxt verdi. İranın casus şəbəkəsinə qarşı əməliyyatların getdiyi vaxt 4 iranlı diplomatın “persona-non-qrata” elan edilməsinin bir mümkün səbəbi ola bilər:

- Bakıdakı səfirlik İranın Azərbaycan daxilində həyata keçirmək istədiyi planların mərkəzi rolunu oynaya bilər və istisna deyil ki, “arzuolunmaz şəxs” elan edilən 4 diplomatın bu addımları idarə edəcək fiqurlar olduğuna dair kəşfiyyat məlumatları olub;

Ötən ilin noyabrında DTX-nın keçirdiyi əməliyyat da İran səfirliyinin bu kimi fəaliyyətinə dair faktları ortaya çıxardı. Rəsmi məlumatda bildirilirdi ki, “İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər”.

Bu fakt İranın Bakıdakı səfirliyi və əməkdaşlarının casusluq, eləcə də digər fəaliyyətlərdə mərkəz və icraçı rolunu oynayacağı ehtimalını artırır:

1. İran şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyatlar onların əl-qolunu bağladığı üçün bu situasiyada diplomatik toxunulmazlığı olan səfirliyin daha “effektiv” fəaliyyət göstərmək imkanları var;

2. Səfirliyin əməkdaşları İran şəbəkəsinin koordinasiya edilməsini, əlaqələrin qurulmasını təmin edə bilərlər;

3. Diplomatik toxunulmazlığa görə yoxlanılmayan səfirlik avtomobillərindən casusların ölkədən çıxarılması, yaxud ölkəyə daxil edilməsi, o cümlədən, İran şəbəkəsinin təchizatının həyata keçirilməsi üçün istifadə oluna bilər: bu təchizatın silah-sursat olması ehtimalı da istisna edilməməlidir;

Bu kontekstdə 4 iranlı diplomatın statuslarına uyğun olmayan fəaliyyətinin bundan ibarət olduğu, eləcə də gələcəkdə eyni məqsədlə daha genişçaplı işlər görə biləcəyi üçün “persona-non-qrata” elan edildiyi versiyası ön plana çıxır.

Rəsmi Bakı bununla mümkün təhlükəni neytrallaşdırır. Bu addımın hazırki səfirlə müqayisədə daha sərt mövqeyi ilə tanınan və fəaliyyətə başlayacağı təqdirdə Azərbaycanda “iğtişaş ssenariləri”ni tətbiq edə biləcəyi gözləntisi olan yeni səfirin gəlişindən öncə atılması da xüsusilə diqqət çəkir.

Asif Nərimanlı


Xəbər 910 dəfə oxunub.




24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +