Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


27.10.2021  21:17 

Sərdar Babayev ifadə verməkdən imtina edib





A+  A-

Oktyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində bir həftə öncə həbs olunan ilahiyyatçı, Azərbaycan Ruhanilər Məclisinin üzvü Sərdar Babayevin şikayətinə baxılıb.

Şikayət Sərdar Babayevin barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarından verilib.

Hakim Faiq Qasımov şikayəti təmin etməyib, Sərdar Babayev haqqında həbs qərarı qüvvədə saxlanılıb.

Oktyabrın 19-da saxlanılan Sərdar Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, Azərbaycan əleyhinə iş görməkdə təqsirləndirilir. Lakin Sərdar Babayev özünü təqsirli bilmir.

İlahiyyatçının yaxınları Meydan TV-yə bildirib ki, o, həbsini siyasi motivli hesab edir. Ailə üzvlərinin sözlərinə görə, Sərdar Babayev özünü son dövrlərdə İranla Azərbaycan arasındakı gərgin münasibətlərin repressiya qurbanı hesab edib: “İttihamları qətiyyən qəbul etmir. Bu üzdən ifadə verməkdən də imtina edib”.

Sərdar Babayev 2017-ci ilin fevralında da həbs olunmuş, CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsilə 3 il azadlıqdan məhrum edilmişdi.

İddia olunurdu ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirirdi ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər. /Meydan TV/

Xəbər 3030 dəfə oxunub.



05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +