Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?


12.05.2023  16:37 

Azərbaycanda iqtisadi aktivlik tendensiyası: Ürəkaçan deyil





A+  A-

“Cənubi Qafqaz Respublikalarının 1-ci rüblə bağlı makro-iqtisadi göstəriciləri açıqlanıb. Belə ki, Azərbaycanda ÜDM cəmi 0,4%, Gürcüstanda 7,1%, Ermənistanda isə 12,2% artıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, Azərbaycanda iqtisadi aktivlik tendensiyası da ürəkaçan deyil:

“2023-cü ilin yanvar-aprel aylarını götürsək Azərbaycan iqtisadiyyatının artım tempi 0,4%-dən 0,1%-ə düşüb. Obyektivlik naminə deyim ki, Ermənistan və Gürcüstanda iqtisadiyyatın artımı daha çox Rusiya ilə, oradan qaçan/gələn insanların xərcləri, Rusiyaya qarşı Qərb sanksiyalarından yan keçmək üçün həmin ölkələrin iştirakı ilə daha çox bağlıdır”.

N.Cəfərli əlavə edir ki, bütün hallarda tendensiya təhlükəlidir:

“Azərbaycan iqtisadi artım tepmini itirib, impuls itib, deməli artıq köhnə iqtisadi-siyasi model tükənib, yenisinin təsisi artıq qaçılmaz olub. Bu gedişlə Azərbaycanın neft-qaz sektoru ölkənin artan xərclərini ödəməz olacaq, real sektorun inkişafına mane yaradan isə indiki sistemdir”.

Xəbər 1137 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +