Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin


06.04.2023  18:20 

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını niyə icra etmək istəmir?





A+  A-

Hazırda Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ümumilikdə 3760 qərarı (Rusiya daxil edildikdə ümumilikdə 6112 qərar) icra edilməsini gözləyir. Həmin qərarların 285-i AİHM-in Azərbaycanla bağlı çıxardığı qərarlardır.

XəzərNews.az xəbər verir ki, bu barədə “aihmaz.org” saytının yaydığı məlumatda bildirilib.

Məlumata görə, həmin qərarlardan 49-u 2022-ci ildə Nazirlər Komitəsinin nəzarət proseduruna daxil edilib. Daha əvvəl 2021-ci ildə 46, 2020-ci ildə 51 qərar bu prosedura daxil edilib. 2021-ci ildə Azərbaycanla bağlı 271, 2020-ci ildə isə 235 qərar icra edilməsini gözləyirdi.

Avropa Şurası Nazirlər Komitəsinin Avropa Məhkəməsinin qərarlarının icra durumu ilə bağlı 2022-ci il üzrə yeni açıqlanmış hesabatına görə, Azərbaycan AİHM qərarlarını ən pis icra edən Avropa Şurası ölkəsidir.

Azərbaycan indiyə qədər AİHM-in 90 qərarını icra edib. Bu göstərici AİHM-in Azərbaycanla bağlı çıxardığı qərarların ümumilikdə 24 faizini təşkil edir. 285 qərar, Azərbaycanla bağlı çıxarılmış qərarların 76 faizi isə icrasını gözləyir.

Azərbaycandan sonra AİHM qərarlarını ən pis icra edən 2-ci ölkə Rusiyadır. Rusiya AİHM-in qərarlarının 36,79 faizini (1369 qərar) icra edib. AİHM-in Rusiyaya qarşı çıxardığı 2352 qərar (63,21 faiz) icra edilməsini gözləyir.

3-cü sırada Gürcüstan gəlir, qonşu ölkə AİHM qərarlarının 58,28 faizini (95 qərar) icra edib, 68 qərar (41,72 faiz) icra edilməsini gözləyir.

AİHM qərarlarını ən yaxşı icra edən (99-100 faiz) ölkələr Andorra, Lixtenşteyn, Avstriya, Sloveniyadır.

Aparıcı qərarların icra durumu daha ciddi problemlidir. Azərbaycan aparıcı qərarların cəmi 13 faizini (8 qərar) icra edib. 53 aparıcı qərar (86,89 faiz) icra edilməsini gözləyir.

2-ci sıradakı Rusiya aparıcı qərarların 27 faizini icra edib. Bu kateqoriyada sıralamada 3-cü Albaniyadır, bu ölkə üzrə aparıcı qərarların 52 faizinə nəzarət qapadılıb.

2022-ci ildə Azərbaycanla bağlı ümumilkdə 35 qərarın icrasına nəzarət qapadılıb.

Həmin qərarların 3-ü aparıcı, 32 təkrararlanan işlər üzrə çıxarılan qərarlar olub.

Azərbaycan 2022-ci ildə ərizəçilərə ümumilikdə 986 mindən artıq ədalətli əvəz ödəyib.
2022-ci ildə AİHM-in ümumilikdə 800 qərarının icrasına nəzarət qapadılıb.

Xəbər 1038 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +