Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin


01.12.2021  11:04 

Faciə üzərindən təxribat törətmək istəyənlər var...





A+  A-

Rusiya sözünü “Rrrrasuya”, Ermənistanı isə “Arrmeniyastan” kimi tələffüz edən “ekspert” var. Zamana və mövzuya uyğun olaraq “siyasi, hərbi, sosial, iqtisadi, psixoloji... məsələlər üzrə ekspert”, paralel olaraq “siyasi mühacir” kimi təqdim edilir.

İndi də DSX-ya məxsus Mİ-17 helikopterinin qəzaya uğramasına şərh verir.

Dünəndən başlayaraq intensiv təbliğat aparır, yutub kanallarından düşmür. Azərbaycana “bağlılığı” yuxarıdakı iki kəlmədən çox aydın şəkildə sezilən, dilimizdə iki cümləni normal tələffüz edə bilməyən “ekspert”in indi də “milli damarı” tutub.

Deyir ki, “millətimizi aldadırlar”, “hərbi helikopterlə bağlı yaşananlar qəza deyil, təxribatdır”.

Çıxışının əvvəlində qəzanı təxribat adlandırır, sona doğru bu versiyanı unudur, “helikopter köhnə olduğu üçün qəzaya düşüb” deyir.

Əslində o və onun kimilərin çıxışlarına təəccüblənmirəm. Yaxın bir neçə il ərzində çıxışlarını müşahidə edəndə görünür ki, bu “milli təəssübkeşlər” nə faciələrimizə kədərləniblər, nə də şad günlərimizdə sevinməyiblər. Ermənistan üzərindəki qələbəni də qəbul etmirlər. Qəribə olan budur ki, bu qondarma ekspertləri hələ də bəyənənlər, layk edənlər var.

Helikopter qəzaları intensiv şəkildə təsadüf olunan hallardandır. ABŞ-da, Fransada, Türkiyədə... inkişaf etmiş digər dövlətlərdə də yaşanır.

Azərbaycan Silahlı Qüvvələri ən müasir silah arsenalına malikdir, peşəkardır. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bir daha təsdiqlədi.

Qəza baş veribsə, səbəbləri araşdırılacaq, müvafiq ölçü götürüləcək. Dövlət qurumları zatən tədqiqata başlayıblar. Araşdırma aparılacaq, nəticələr bilinəcək. “Qara qutu” əldədir, üstəlik, helikopterdə olan və sağ qalan iki nəfər canlı şahid də var.

Bu qədər faktın içində qəzanı təxribat kimi şərh edənlər ortaya çıxırsa, deməli, faciə üzərindən təxribat törətmək istəyənlər var.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Müşfiq Ələsgərli

Xəbər 1263 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +