Cəlilabadda bu avtomobil yolu təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin
“Biz möhkəm dayanmasaq, Putin daha da irəli gedəcək“
Əli İnsanovun partiyasına da maliyyə ayrılacaq
Prezident BƏT-in Baş direktorunu qəbul etdi
“Konstitusiya və Suverenlik İli” - Xankəndidə tədbir


30.11.2021  23:21 

“Yerindən duran özünü hərbi ekspert zənn edib, helikopter qəzasına rəng verir” – Azər Həsrət





A+  A-

“Yenə də eyni vəziyyət! Hər ağızdan bir avaz gəlir! Yerindən duran özünü hərbi ekspert zənn edib baş vermiş helikopter qəzasına rəng verir. Olmaz belə, olmaz! Əlbəttə, olmamasını arzu edərdik. Amma oldu. Qəzadır, dünyanın hər yerində, hətta ən güclü ordusu olan ABŞ-da da hərbi texnikanın qəzaları olur. Nə edə bilərik, yaxud da nə etməliyik?”

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış jurnalist Azər Həsrət çıxış edib.

A.Həsrət bildirib ki, dövlətin müvafiq qurumlarının araşdırmasını gözləməliyik:

“Araşdırma aparılacaq, dəqiq bəlli olacaq ki, nə baş verib? Üstəlik, helikopterdə olan və sağ qalan iki nəfər canlı şahid də var axı. Yəni onların da verəcəyi bilgilər nəyin necə olduğunu müəyyən etməkdə əvəzsizdir. Ona görə də bir az səbrli olaq, imkan verək ki, araşdırma aparılsın. Nədir bu sağa-sola şayiə yayanları tirajlamaq axı? Hər fürsətdə ictimai rəyi çaşdırmaq, insanları ajiotaja sürükləmək istəyənlər indi də boş durmayıblar. Bəs ağlı başında olanlar niyə onların əlində könüllü alətə çevrilirlər? Etməyək belə, diqqətli olaq”.


Xəbər 1226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var


BÜTÜN XƏBƏRLƏR +