Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin
“Biz möhkəm dayanmasaq, Putin daha da irəli gedəcək“
Əli İnsanovun partiyasına da maliyyə ayrılacaq


30.11.2021  10:33 

Bakıda ər arvadını qətlə yetirib





A+  A-



XəzərNews.az xəbər verir ki, noyabrın 29-u saat 13 radələrində 1998-ci il təvəllüdlü Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Sabunçu rayonu, Pirşahı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1493 dəfə oxunub.



14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +