Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin


22.08.2019  15:21 

Nazirlik Bakıda 129 binaya müsbət rəy verib





A+  A-

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) XəzərNews.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində ötən 6 ay ərzində ümumi sahəsi 2 190 082 kv.m olan 21 911 mənzilli, ümumilikdə 359 girişli 133 binaya (kompleksə) dair müsbət rəy verilib. 129-u Bakı şəhəri, 3-ü Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə 30 iyul 2019-cu il tarixində Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında müvafiq qurumların nümayəndələrinin iştirakı ilə Abşeron rayonu ərazisində inşa edilmiş və nöqsanları aradan qaldırılmadığından Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinin verilməsi mümkün olmamış 23 çoxmənzilli yaşayış binasının nümayəndələri ilə görüş keçirilib. Tədbirdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib, nöqsanların aradan qaldırılması məqsədilə görüləcək işlər və bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən köməkliyin göstərilməsi imkanları müzakirə edilib.

Qeyd edək ki, fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

Xəbər 1323 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +