Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?


28.11.2017  13:14 

Arvadına baxan sürücünü öldürdü





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadına baxan taksi sürücüsünü öldürəkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədovun məhkəməsi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il iyulun 16-da saat 11 radələrində Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlu aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən Suraxanı rayon sakini, 1995-ci il təvəllüdlü Əbdülməmmədov Cavid Hacıməmməd oğlu həbs edilib.

C.Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən V.Ağammədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan S.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib və orada onu bıçaqlayıb, sonra isə könüllü olaraq polisə təslim olub.

Xəbər 1808 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +