Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin
“Biz möhkəm dayanmasaq, Putin daha da irəli gedəcək“
Əli İnsanovun partiyasına da maliyyə ayrılacaq


17.04.2017  13:48 

20 il əvvəl satılan maşın üçün radar gəldi





A+  A-

Bakıda 20 il əvvəl satılan “06” üçün radar “Qazel” şəkli ilə göndərilib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya müraciət edən Cahid Məmmədov bildirib ki, hazırda maşınları olmasa da, evlərinə göndərilən cərimə protokolunda bir neçə səhv var: “Bizim 1995-ci ildə atamın adına “VAZ-2106” markalı 10 DZ 118 nömrəli maşınımız olub, 3 il sonra satmışıq. 10 gün əvvəl anamın adına radar gəlib. Halbuki əvvəlki “06”mızın da anama heç bir aidiyyatı yox idi. Protokolda “VAZ-2106” yazılıb, şəkildə başqa maşındır. Qaranlıqdı deyə yaxşı görünmür, deyəsən “Qazel”di”. O maşının da nömrəsi 10 OZ 118 yazılıb”.

C.Məmmədov deyib ki, məsələnin həlli üçün qeydiyyatda olduğu Nizami rayonu üzrə dövlət yol polisi şöbəsinə müraciət edib: “Dedilər ki, “Respublikanski QAİ”ya get, orda araşdırsınlar, 10 gün ərzində getməsən sənin adına cərimə gələcək. Bu, mənasız bir şeydir. Mənim də ora getməyə vaxtım olmadığı üçün gedə bilmədim”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bir müddət öncə “Qafqazinfo”ya açıqlamasında kameraların belə xətalara yol verə bildiyini, hava qaranlıq olduqda və ya nömrə çirkli olduqda oxşar hərfləri və rəqəmləri yanlış oxuduğunu bildirib: “Bu texniki avadanlıqların 0,1 faiz səhv etmə ehtimalı var və əvvəlcədən qəbul edilmiş göstəricidir. Bunu faciə kimi yol polisinin fəaliyyətinə yazmaq, ictimailəşdirmək lazım deyil. Sürücü müraciət etsin, araşdırılıb müəyyən olunsun. Bəzən hava qaranlıq olur və ya nömrə çirkli olur, kamera 3-ü 8 kimi görür. Bunlar mexaniki səhvlərdir”.


Xəbər 2865 dəfə oxunub.




14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +