Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin


10.02.2017  10:27 

Konstitusiya Məhkəməsindən Lapşinlə bağlı AÇIQLAMA





A+  A-


Azərbaycan Konstitusiyası və müvafiq prosessual qanunvericiliyində Aleksandr Lapşinə qarşı qaldırılmış cinayət işinin obyektiv və ədalətli baxılması üçün demokratik dövlətə məxsus olan bütün təminatlar mövcuddur.

XəzərNews.az bildirir ki, bunu Trend-ə eksklüziv olaraq Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyev deyib.

Aparat rəhbəri qeyd edib ki, Azərbaycan Baş Prokurorluğu Aleksandr Lapşin haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə cinayət işi qaldırıb: "Xüsusi ilə vurğulamaq istərdim ki, vətəndaş Lapşin Cinayət Məcəlləsinin 281.1-ci maddəsində nəzərdə tutulan əməllərin təkrar törədilməsində ittiham olunur. Qeyd edilməlidir ki, cinayət məhz Azərbaycan ərazisində törədildiyinə görə Lapşinin Belarusun səlahiyyətli orqanlarının qərarı ilə Azərbaycana verilməsi bu sahədə prosedur qaydalarını tənzimləyən beynəlxalq müqavilələrin normalarına riayət etməklə həyata keçirilib".

R.Quliyev bildirib ki, ittiham olunan şəxsin hüquqi məsuliyyəti və təqsirinin dərəcəsi isə Azərbaycanın müvafiq məhkəməsi tərəfindən müəyyənləşdirilməlidir.

Azərbaycanın məhkəmə sisteminin demokratik dövlətçilik prinsipləri əsasında qurulduğunu deyən R.Quliyev əlavə edib ki, hər hansı bir cinayətdə ittiham olunan şəxs vətəndaşlığından asılı olmayaraq, Azərbaycan Konstitusiyası ilə təmin edilən geniş prosessual hüquqlara malikdir. Bu hüquqlar həmçinin şəxsin Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin beşinci hissəsinə əsasən öz hüquq və azadlıqlarının müdafisəsi üçün Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanını nəzərdə tutur: "Odur ki, Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq prosessual qanunvericiliyində Aleksandr Lapşinə qarşı qaldırılmış cinayət işinin obyektiv və ədalətli baxılması üçün demokratik dövlətə məxsus olan bütün təminatlar mövcuddur. Aleksandr Lapşinin səfər etdiyi ərazilər bütün dünya birliyi tərəfindən qeyri-şərtsiz olaraq Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi kimi tanınır".

Ermənistanın dövlət orqanlarının onun ekstradisiyasını insan hüquqlarının pozulması kimi qiymətləndirməsinə gəldikdə, R.Quliyev qeyd edib ki, bu cür və buna oxşar çıxışlar tam əsassızdır:

"Onların heç biri beynəlxalq hüquq normalarına əsaslanmır və bu məsələdə Ermənistanın mövqe bildirməsinin heç bir hüquqi əsası yoxdur. Hesab edirəm ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi günahsız soydaşlarımıza qarşı qeyri-legitim qondarma məhkəmə qərarlarının arxasında duran Ermənistan dövləti həmin bəyanatlarla bir daha nümayiş etdirir ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən hər cür əmələ dəstək verməyə hazırdır".



Xəbər 1593 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +