Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


01.08.2018  10:37 

Nazirlik fermerlərə 29 milyon manata yaxın pul ayırdı





A+  A-

Bu gün Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirlikdən XəzərNews.az-a bildirilib ki, Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) idarələrindən daxil olmuş sənədlərə baxılıb.

Respublika Komissiyası 29 rayon (şəhər) üzrə 144302 istehsalçıya 379006,01 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 26399889,30 manat məbləğində yardım ödənilməsi və 36 rayon (şəhər) üzrə 4186 istehsalçıya təhvil verdikləri 498100,47 kq yaş baramaya görə 2490502,35manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edib.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə və yaş baramanın miqdarına görə subsidiya veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri, təhvil verilmiş yaş baramanın miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Xəbər 1934 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +