Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü
Dövlət bu xəstəxanaya sabun vermir? - ŞİKAYƏT


31.12.2022  22:23 

Milli birlik, yurda məhəbbət, Vətənə bağlılıq...





A+  A-

Dünya azərbaycanlılarının həmrəylik modelinin müəllifi Ümummilli Lider Heydər Əliyev: “Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.”

Ən yeni tariximizin, müstəqilliyimizin bizə bəxş etdiyi mənəvi birlik ideyası ürəklərdə dərin kök salıb. Miladi təqviminin dəyişməsi, illərin qovuşması soydaşlarımızı da qovuşdurur. Şan-şərəfimizi ucaldan bu bayram hər il bizi daha da ucaldır, bir-birimizə yaxınlaşdırır, duyğularımızı yüksəldir, yeni arzu-istəklərə qol-qanad verir - tariximizin Zəfər salnaməsinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəmiz kimi...

Həmrəylik – mövqeyindən asılı olmayaraq, hamının bir amal, Azərbaycan uğrunda birləşməsidir. Nə yaxşı ki, Ulu öndər Heydər Əliyev planetin dörd bir tərəfinə səpələnmiş milyonlarla soydaşımızın bir araya toplanması üçün Həmrəylik Gününü təsis etdi. Azərbaycançılıq ideologiyasının bu dahi şəxsiyyət tərəfindən gündəmə gətirilməsi ən önəmli faktorlardan birinə çevrildi. Birlik, bütövlük şüarımızın simvolik şəkildə reallaşdığı bu bayram günü şanlı dövlətçilik tariximizə əlavə olundu.

Həmrəy olmaq üçün, keçmişə sahib çıxmaq, öz dövründə yaşananları dərk etmək və s. üçün mübariz, həmfikir, yekdil olmalıyıq. Çəkici eyni mərkəzə döyməyi, əl-ələ verib addımlamağı bacarmalıyıq. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı bir əlin beş barmağını sıxıb yumruğumuzu dəmirə çevirməyi bacardıq. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin vurğuladığı kimi: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.”

Zaman-zaman təkrarlananı unutqanlığa təslim etmək yeni uğursuzluğa rəvac verməkdir. Həmrəylik kəlməsini öz çevrəmizə görə başa düşməməliyik. Həmrəylik gücü, qüvvəni, elmi, biliyi bir araya gətirməkdir, ailədə, dövlətdə, vətəndən uzaqda yaşayan doğmalarımız arasında birlikdir. Həmrəy olmaq milli, mənəvi və ictimai dəyərlərimizin əsasını təşkil edir. Əgər varlı kasıb qonşusu ilə bir süfrədə əyləşib tikə kəsmirsə, həmrəylikdən danışmaq əbəsdir.

Bizə miras qalan “El gücü - sel gücü”, “El bir olsa dağ oynadar yerindən” kimi hikmətli sözlər birlik və bərabərliyin nəyə qadir olduğunu göstərir.

İslamın həmrəyliyə verdiyi əhəmiyyəti anlayan hər kəs Peyğəmbər (ə)-ın “Özü üçün istədiyini müsəlman qardaşı üçün istəməyən şəxs kamil mömin ola bilməz” hədisini anlayar.

Hamımız bir amala sarılsaq, bir-birimizə yük olmarıq. Uğurlarımız artdıqca nisgilimiz də azalar. Necə ki, milli birliyimizin sayəsində 30 il gözüyaşlı inləyən cənnət Qarabağımızı işğaldan azad etdik.

Azərbaycanımızın tərəqqisinə, bir-birimizin taleyinə biganə qalmayaq.

Təzə ildə xoş xəbərlər eşidənəcən.

Hamınıza bir yerdə olmaq, cansağlığı, könülxoşluğu arzularıyla ...

Akif AĞAYEV

Xəbər 27370 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +