Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


31.03.2018  10:36 

Salyanda ceyran ovunda silahlı qarşıdurma - Məmur vuruldu





A+  A-

Dünən axşam saatlarında Şirvan Milli Parkında silahlı insident baş verib.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazisində təşkil olunmuş parkın Salyan rayonuna aid hissəsinə qanunsuz daxil olaraq ov edən 3 nəfər brakonyer onları yaxalamaq istəyən qoruq işçilərinə ov tüfəngindən atəş açıblar. Mühafizəçilərin cavab atəşi ilə brakonyerlərdən biri yaralansa da, gecənin qaranlığından istifadə edərək hadisə yerindən uzaqlaşaraq gizlənib. Lakin o, hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışlarından sonra tapılıb. Digər iki brakonyeri də saxlamaq mümkün olub.

Hadisə nəticəsində qoruğun inspektoru, 57 yaşlı Xalıqov İltifat Şirəli oğlu qarın nahiyəsindən ağır olmayan güllə yarası alıb.

Hazırda baş nahiyəsindən güllə yarası almış brakonyerin şəxsiyyəti müəyyənləşdirilir.

Xəbər 1672 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +