FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


09.01.2024  10:59 

Velosiped zolağına etiraz: “Cərimə biznesinə xidmət edəcək”





A+  A-

Bakının bəzi küçələrinə, xüsusilə dar yollarda ayrıca velosiped zolaqlarının çəkilməsi tənqidlərə səbəb olub.

Bir çox şəhər sakinlərinin fikrincə bu zolaqların çəkilməsi Bakının tıxac problemini daha da artıracaq.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər isə məsələyə özünəməxsus yanaşıb. O, sosial şəbəkə hesabında yazıb:

“Sən Amsterdamsan yoxsa Kopenhagen? Bəlkə Vaşinqtonsan, xəbərimiz yoxdur, ay Bakı? Bakının bütün işləri bax belə imitasiyadır. Onsuz da maşını çox, küçələri dar şəhərdə sırf gözə kül üfürmək və illik hesabata üç-beş cümlə əlavə edib, milyonlar yemək üçün paytaxt sakinlərinə bu zülmü yaşatmaq lazımdı?

Mövcud yolu genişlətmədən bir hissəsini avtobuslara ayırmağınız cərimə artımından başqa bir işə yaramadı. İndi də o yola bir də velosiped xətti dürtüşdürməyiniz yenə cərimə biznesinə xidmət edəcək. Daha üç metr çəkib, sonra araya məsafə qoyub, təkrar beş metr velosiped yolu çəkməyin ölkəyə nə faydası olacaq? Çəkilməyən yerlərdə velosipedi çiynimizdə daşımalıyıq?

Velosiped yolu çəkirsiniz, gedin Ağ Şəhərin geniş yollarında çəkin, daha Sabir bağının önündəki “Həsənsoxdu” cəhənnəminə bir də veloyol soxuşdurmaq sadistcə işgəncədən başqa bir şey deyil…

Yox, fil qardaş tək darıxdığı üçün bunu edibsinizsə, təklif edirəm skuter üçün ayrı, velo üçün də ayrı zolaq çəkin Bakının bu dar yollarında. Maşınlarımıza qanad taxıb, uçurarıq. Əsas sizin cibinizdir, Bakı əhlinin canı komsomolun canı kimi bir şeydir…”/“Yeni Sabah”



Xəbər 4601 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +