Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


21.11.2017  14:32 

YAP-ın ildönümü Füzulidə qeyd olundu - Fotolar





A+  A-

Horadiz şəhərində Heydər Əliyev adına Parkda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə ümumrayon tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının əməkdaşları, icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına Parkda Ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev bildirib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır: Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edən Alı Alıyev Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda əsas rol oynayan YAP-ın yaranmasını ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi olduğunu vurğulayıb.
Alı Alıyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.
YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və digərləri çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, qazandığı nailiyyətlərdən və cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakından bəhs ediblər.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan bir qrup gəncə partiya biletləri təqdim edilib.




Xəbər 1584 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +