Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb


12.12.2023  16:50 

Məscidlərə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir





A+  A-

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.

Xəzərnews.az xəbər verir ki, müsahibə aşağıdakı məscidlər üçün elan olunub:

Ağcabədi şəhəri "Cümə" məscidi - İmam
Astara rayonu, Kijəbə qəsəbəsi "Lovayın" məscidi - İmam müavini
Lənkəran rayonu, Separadi kənd məscidi - İmam müavini
Tovuz şəhər məscidi - İmam
Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - İmam
Qax şəhər məscidi - İmam
Bakı şəhəri, Yasamal rayonu "Təzəpir" məscidi - Qadın dini ayinlərin icraçısı

Müsahibədə iştirak etmək istəyən namizədlər 13 dekabr 2023-cü il tarixindən 13 yanvar 2024-cü il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.



Xəbər 5113 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +