Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


20.11.2021  13:50 

Rusiya Ukraynaya girə bilər - ABŞ kəşfiyyatı





A+  A-

ABŞ kəşfiyyat agentlikləri NATO müttəfiqlərini xəbərdar edir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının qarşısını almaq üçün Qərbin çox az vaxtı var.

Bu barədə New York Times cümə günü axşam məlumat yayıb.

Qəzetin ABŞ prezident administrasiyasındakı mənbələrinin bildirdiyinə görə, Kreml Rusiya-Ukrayna sərhədi yaxınlığında cəmləşmiş qoşunlardan istifadəyə dair qərarı hələ qəbul etməyib, lakin onların sayı və tərkibi Rusiya rəhbərliyinin niyyətləri ilə bağlı ciddi narahatlıq doğurur.

Cümə günü ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı ilə telefonla danışıb.

Məlumata görə, onlar Rusiya ordusunun həmin rayonda “həyəcanverici” fəaliyyətini müzakirə ediblər.

Qəzet yazır ki, Amerika və Britaniya kəşfiyyat xidmətləri Vladimir Putinin ya Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək, sabitliyi pozmaq, ya da hakimiyyətə Rusiyayönlü hökumətin gəlməyini təmin edəcək hərbi əməliyyat keçirmək variantını nəzərdən keçirdiyinə getdikcə daha çox əmindirlər.

Onların fikrincə, Putin Minsk sülh prosesinin səmərəsizliyindən əsəbiləşib. Avropanın Rusiyanın təbii qaz tədarükünə daha çox güvənməsi ona ümid verə bilər ki, avropalılar Rusiyanın Ukraynaya qarşı potensial hərbi əməliyyatına cavab olaraq kəskin tədbirlər görməkdən çəkinəcəklər.

Qəzetin yazdığına görə, ABŞ rəsmiləri Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına cavab vermək üçün avropalı müttəfiqlərlə birgə fəaliyyət planı təklif edir.

Sanksiyalar bu planın mühüm hissəsidir. Qərb mənbələrinin məlumatına görə, son vaxtlar Voronej vilayətinin Pavlovsk şəhəri yaxınlığında Rusiya ordusunun döyüş hissələri və hərbi texnikası, o cümlədən tanklar, haubitsalar və “İsgəndər” raketləri cəmləşib./ AzadlıqRadiosu

Xəbər 4032 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +