Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


24.06.2017  11:18 

“Formula 1“ Azərbaycan Qran-Prisinin ikinci günündə nələr olacaq...





A+  A-

Bu gün Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir.
XəzərNews.az Trend-ə istinadən məlumatına görə, Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında iyunun 23-də pilotların birinci və ikinci sərbəst yürüşləri olub. Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Ötən il Bakı mərhələsinin qalibi Niko Rosberq ("Mercedes") olub. 2016-cı ildə Bakı Şəhər Halqasında ən yüksək sürətə (378 km/saat) finlandiyalı pilot V.Bottas imza atmışdı.
Ümumilikdə yarışda liderlik "Ferrari" təmsilçisi Sebastian Fettelə məxsusdur. Onun hesabında 141 xal var. Liderdən 12 xal geri qalan Lyuis Hamilton ikinci, 93 xal toplayan Valtteri Bottas isə üçüncüdür.
Konstruktorlar Kubokunda "Mercedes" 222 xalla birinci, "Ferrari" 214 xalla ikinci, 112 xallı "Red Bull" isə üçüncüdür.
İndiki qaydalara əsasən bolidlərin eni 20 sm artırılıb. Bu il 11 deyil, 10 komanda çempionluq uğrunda mübarizə aparır. Belə ki, "Manor Racing" Formula 1 yarışmasını tərk edib.
Bakıda Qran-Pri ilə yanaşı, Formula 2 yarışı da təşkil olunacaq. Formula 2-nin ilk yarışı iyunun 24-də, qrid düzülüşü ilə baş tutacaq ikinci yarış isə sabah keçiriləcək.


Xəbər 949 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +